"Rabitəbank" paytaxt və region filiallarında iş saatlarını uzadıb

"Rabitəbank" paytaxt və region filiallarında iş saatlarını uzadıb
# 04 fevral 2020 15:30 (UTC +04:00)

Bu gündən etibarən "Rabitəbank" ASC daha 1 paytaxt və 2 region filialında iş saatlarını 20:00-dək uzadıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, artıq Bakı şəhərində yerləşən "Sahil" filialı, "Sumqayıt" və "Gəncə" filialı 20:00-dək bütün bank xidmət və məhsulları ilə müştərilərinə xidmət göstərəcək. "Rabitəbank" iş saatlarında banklara yaxınlaşa bilməyən müştərilərin rahatlığını təmin edərək, xidmətləri daha da əlçatan və rahat edib. Müştərilər valyuta mübadiləsi ilə yanaşı sürətli pul köçürmələri xidmətindən istifadə edib, bank hesabı aça və digər xidmətlərdən yararlana biləcəklər.

Həmçinin müştərilər həmin saatlarda nağd pul kreditini əldə edə biləcək. Bankın unikal məhsulu olan "Kartmane" kredit və debit kartlarına da həmin saatadək sahib ola biləcəklər.

Qeyd edək ki, bir çox üstünlüklərə malik unikal "Kartmane" kartını bankın rəsmi veb-səhifəsindən (www.rabitabank.com), "Rabitəbank" mobil tətbiqindən və ya "Telegram" və "Facebook" üzərindən "RabitaBot" vasitəsi ilə həyata keçirmək mümkündür.

Xatırladaq ki, "Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitəbank Mobile" adlı mobil əlavəsi, internet bankçılıq və "RabitaBot" adlı çatbotu ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR