Ləğv prosesində olan 6 bankın 40 əmlakı hərraca çıxarılır

Ləğv prosesində olan 6 bankın 40 əmlakı hərraca çıxarılır
# 10 aprel 2018 08:25 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, ASC “Texnikabank”, ASC “Kredobank”, ASC “Zaminbank”, ASC “Royalbank” və ASC “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 41 lot üzrə satışa çıxarır.

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə,

20 lot üzrə əmlak ikinci dəfə hərraca çıxarılır, 19 lot üzrə - üçüncü dəfə, 2 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

Dördüncü dəfə hərraca çıxarılan ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bağ evinin və ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Daewoo Nexia” avtomobilinin ilkin satış qiyməti 30% aşağı salınıb. Bu əmlakların satışı üzrə hərrac 30 aprel 2018-ci il tarixində keçiriləcək.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 mənzil və 2 ev, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi üçüncü dəfə hərraca çıxarılıb. Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan “Zaminbank” ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə) və 1 ədəd bankomat və ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı “Ford Transit” avtomobili hərraca ikinci dəfə çıxarılıb.

İkinci və üçüncü dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac 7 may 2018-ci il tarixində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR