PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilinə od vurub - FOTO - VİDEO

PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilinə od vurub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 iyul 2015 07:18 (UTC +04:00)

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, iyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək TIR-a od vurublar və hadisə yerindən qaçıblar.

Yanğın səbəbi ilə yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər TIR-ı söndürsələr də, avtomobil yararsız hala düşüb.

Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR