Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb
# 11 mart 2019 15:41 (UTC +04:00)

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin ONA-ya verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-50 faizini təşkil edir.

Tranzit çaylarda isə martın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 152 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 408 m3/s olmaqla ongünlük normanın 153 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 44 m3/s olmaqla, ongünlük normanın 47 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 57 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.

Martın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda və Salyanda 12, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2018-ci il martın 11-də 359 sm), Şirvanda 143 sm (2018-ci il martın 11-də 213 sm), Salyanda 71 (2018-ci il martın 11-də 155 sm), Bankədə 167 sm (2018-ci il martın 11-də 178 sm), Araz çayının Novruzlu məntəqəsində isə 27 sm (2018-ci il martın 11-də 80 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR