Meksika səfiri Ramin Quluzadə ilə görüşüb

Meksika səfiri Ramin Quluzadə ilə görüşüb
# 12 iyul 2018 15:17 (UTC +04:00)

Meksika səfiri Rodrigo Labardini ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında görüş keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə səfir R.Labardini nəqliyyat, kommunikasiya və yüksək texnologiya sahəsində son ikitərəfli iqtisadi məlumatlara əsaslanaraq Meksika və Azərbaycanın gündən-günə daha da yaxınlaşdıqlarını vurğulayıb.

Meksika nümayəndəsinin sözlərinə görə, Meksika elektronika sənayesinin, mobil telefonların, düz ekranlı televizorların, avtomobillərin yüksək istehsalçısıdır.

Nazir də öz növbəsində Azərbaycanda keçirilmiş rabitə və yüksək texnologiyalar sahəsinin beynəlxalq tədbirlərdən söz açıb.

Görüşdə bu gün Meksikada Meksika körfəzi sistemi, Veracruz, Altamira, Port- Manzanillo, Lazaro Cardenas və Sakit okeanda ən yüksək səviyyəli liman qurğularının mövcudluğuna diqqət çəkilib və bildirilib ki, 2016-cı ilin məlumatlara görə, Meksikada daşınan malların həcmi 400 milyon tondan çox olur və ümumi kütləsinin üçdə bir həcmi dəniz vasitəsilə nəql edilir, bu da əsasən istehsal olunan məhsulların ixracı üçündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR