Yevlaxda məktəblini maşın vurub

Yevlaxda məktəblini maşın vurub
# 26 noyabr 2019 16:50 (UTC +04:00)

Yevlaxda azyaşlını maşın vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Əkşəm kəndi yaxınlığında qeydə alınıb. “Niva” markalı maşın yolu keçmək istəyən azyaşlı oğlanı vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Araşdırmalar nəticəsində xəsarət alan azyaşlının 7-ci sinif şagirdi Paşayev Asim Vüqar oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR