Azərbaycan şəkər idxalını 5 dəfəyə yaxın azaldıb

Azərbaycan şəkər idxalını 5 dəfəyə yaxın azaldıb
# 13 aprel 2018 08:51 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 7 mln. 885,61 min ABŞ dolları dəyərində 17 448,51 ton kərə şəkər idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin üç ilə müqayisədə 64 180,07 ton və ya 4,68 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 29 mln. 694,38 min dollar və ya 4,77 dəfə azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 37 mln. 579,99 min dollar dəyərində 81 628,58 ton şəkər idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında şəkər idxalı Azərbaycanın ümumi idxalının 0,36%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR