Ötən ay elektron imza istifadəçilərinin sayı 1,4% artıb

Ötən ay elektron imza istifadəçilərinin sayı 1,4% artıb
# 10 avqust 2015 08:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycanda istifadədə olan elektron imza sertifikatlarının sayı 35 098-ə çatıb.

Rabitə və Yüksək Texnologiyalara Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iyul ayında e-imza istifadəçilərinin sayı 501 nəfər artıb.

Ötən ay vətəndaşlara 34, dövlət qurumlarına 336, hüquqi şəxslərə isə 131 elektron imza verilib.

Hazırda ümumilikdə e-imzaya sahib vətəndaşların sayı 7 629-a, dövlət qurumlarının sayı 21 201-ə, hüquqi şəxslərin sayı isə 6 268-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR