Mingəçevirdə mənzildə qadın meyiti tapılıb

Mingəçevirdə  mənzildə qadın meyiti tapılıb
# 08 mart 2017 18:32 (UTC +04:00)

Mingəçevirdə mənzildə 80 yaşlı qadının meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1937-ci il təvəllüdlü Rzayeva Nifə Məmməd qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR