Sloveniyada parlament seçkiləri keçirilir

Sloveniyada parlament seçkiləri keçirilir
# 03 iyun 2018 09:54 (UTC +04:00)

Bu gün Sloveniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 19.00-da bağlanacaq.

Ölkədə səsvermə hüququna malik 1,7 milyon seçici 88 deputatı seçməlidir. Parlamentdə təmsil olunmaq üçün partiyalar 4 faizlik baryeri aşmalıdır.

Sosioloji sorğuların nəticələrinə əsasən hər hansı siyasi qüvvənin təkbaşına hökuməti formalaşdırmaq üçün yetərli səs toplayacağı gözlənilmir. Sorğularda sabiq baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi sağ-mərkəzçi Sloveniya Demokratik Partiyası (SDS) öndə gedir. Buna səbəb isə Y.Yanşanın qaçqın və miqrant problemi ilə bağlı sərt mövqe tutması, bununla da narazı elektoratı öz tərəfinə çəkməyi bacarmasıdır. “Hər şeydən öncə Sloveniya” şüarı altında seçki kampaniyası aparan sağ-mühafizəkar siyasətçi Macarıstan nümunəsi əsasında qaçqın problemini həll etmək niyyətindədir. İkinci yerdə sol-mərkəzi "Maryana Şaretsin Siyahısı"nın qərarlaşacağı proqnozlaşdırılır.

Hazırkı hökumətə rəhbərlik edən çaş nazir Miro Tserarın sədri olduğu mərkəz-solçu Müasir Mərkəz Partiyasının (SMC) 2014-cü il parlament seçkilərindəki uğurunu təkrarlama ehtimalı aşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR