AİF 3% gəlirliliklə istiqraz buraxır

AİF 3% gəlirliliklə istiqraz buraxır
# 24 yanvar 2017 08:29 (UTC +04:00)

17 yanvar 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 (min) manat olan 10 000 (on min) ədəd faizli, təmin edilmiş istiqrazların buraxılışı dövlət qeydiyyatına alınıb.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti 3600 gündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR