Gəncədə 13 yaşlı qız dəm qazından zəhərlənib

Gəncədə 13 yaşlı qız dəm qazından zəhərlənib
# 27 noyabr 2016 20:17 (UTC +04:00)

Gəncədə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 2003-cü il təvəllüdlü Aysun Aqil qızı Kərimova dəm qazı ilə zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

13 yaşlı qız yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR