Zaxarova: "ABŞ-ın İŞİD-ə silah satması ilə bağlı informasiya ciddi araşdırılmalıdır"

Zaxarova: "ABŞ-ın İŞİD-ə silah satması ilə bağlı informasiya ciddi araşdırılmalıdır"
# 31 avqust 2017 17:23 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın İŞİD terror qruplaşmasına silah satması barədə mətbuatda yayılan informasiyaya münasibət bildirib.

APA-nın "Russia Today" telekanalına istinadən verdiyi məlumata görə, qonşu ölkənin xarici siyasət idarəsinin rəsmisi bəyan edib ki, bu cür informasiyalar ciddi şəkildə araşdırılmalıdır: "Əlbəttə ki, bu materiallar müvafiq, o cümlədən beynəlxalq qurumlar ciddi araşdırma predmetidir. Materiallarda qeyd edilib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya heç də bəyan etdiyi işlərlə, yəni Suriya ərazisində terrorçularla mübarizə ilə məşğul olmur, əvəzində öz məqsədlərini güdür. Məqsədlərdən biri də bu terrordan əziyyət çəkən ölkədə öz təsir zonasının yaradılmasıdır. Şahidlər iddia edir ki, bunun üçün bir sıra üsullara, o cümlədən terrorçulara birbaşa şəkildə xarici istehsal olan silah satışına da əl atılır. Bu cür hallar Suriyanın cənubunda yerləşən Ət-Tanf bazasında baş verib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR