Dağıstanda kənd rəhbəri evində qətlə yetirilib

Dağıstanda kənd rəhbəri evində qətlə yetirilib
# 21 noyabr 2015 23:14 (UTC +04:00)

Bakı-APA. Dağıstanda naməlum silahlı şəxslər Şamilovski rayonunun Teletl kəndinin rəhbərinin evinə soxularaq onu qətlə yetiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN mətbuat xidmətinin məlumatında bildirilir.

İnsident noyabrın 21-də 22.30 radələrində baş verib.

Hazırda cinayətkarların axtarışı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR