Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Noyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Noyabr
# 25 noyabr 2015 17:12 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Birləşmiş Ştatlar dünyanın enerji damarı olan Yaxın Şərqin harasındadır? Əfqanıstanda? Deyil. Əfqanıstanda artıq nəinki ABŞ, ümumiyyətlə heç kim yoxdur. İraqda? Deyil. İraqın böyük bir hissəsi İranın, digər hissəsi İŞİD-in, kiçik bir ərazisi isə mərkəzi hakimiyyətin əlindədir. Suriyada? Heç deyil. Suriyada artıq İran, Rusiya, Əsəd, İŞİD və hamının olan digər silahlı birləşmələr var. Bəs ABŞ və haradadır, yaxud ABŞ-ın Yaxın Şərqdə olmaması qlobal təhlükəsizlik sistemində balansı pozmurmu? Pozur, həm də ciddi şəkildə Qərbin əleyhinə pozur. ABŞ Yaxın Şərqdə iştirakını təmin etməsə, müttəfiq Türkiyə və İordaniya sərhədləri boyunca şiə qurşağı yaranacaq və bu qurşaq Yəmən və Bəhreyni də öz ağuşuna almaqla dünyanın ən zəngin enerji mənbələrinə nəzarəti təmin edəcək. Bu qurşağın yaranmaması baxımından ABŞ-ın ilkin mərhələdə Suriyada, sonra isə İraqda öz mövcudluğunu bərpa etməsi vacibdir. Artıq Suriyada bu mümkün deyil, başqa sözlə desək, ABŞ-ın Suriya ərazisinə hərbi kontingent yeritməsi üçün əsası yoxdur. Çünki Suriyada Rusiya və İran var. Bu əsası Qərb üçün, NATO üçün üçüncü tərəf yaratmalıdır. Belə görünür ki, bu tərəf roluna Türkiyə layiq görülüb. Türkmənlərin haqları məsələsinin sürətlə tirajlanması və təyyarə insidenti Türkiyənin münaqişəyə aktiv müdaxiləsi üçün əsas yarada bilər. Rusiyanın Türkiyəyə hər hansı silahlı müdaxiləsi hərbi toqquşmalara və NATO-nun prosesə müdaxilə etməsinə gətirib çıxarar və ABŞ-ın Türkiyəni müdafiə adı altında Suriyaya hərbi kontingent yeritməsi üçün əsas yaranar. Hazırda ABŞ-Türkiyə-Rusiya üçbucağında baş verənlər bu prizmadan daha şəffaf görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR