Vladimir Putin: “Suriyanı dəstəkləməsəydik, orada vəziyyət daha pis olardı”

Vladimir Putin: “Suriyanı dəstəkləməsəydik, orada vəziyyət daha pis olardı”
# 15 sentyabr 2015 11:28 (UTC +04:00)


Moskva. Fərid Əkbərov - APA. “Əgər Moskva Suriyanı dəstəkləməsəydi, orada vəziyyət daha pis olardı”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Tacikistanın paytaxtı Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Rusiya Suriyaya dəstək verməsəydi, orada vəziyyət Liviyadakından daha pis, qaçqın axını isə indikindən daha çox olardı.

V. Putin qeyd edib ki, Suriyanın qanuni hökumətini dəstəkləməklə Liviya, İraq, Əfqanıstan və bir sıra ölkələrdən Avropaya qaçqın axınının heç bir əlaqəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR