İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 21 aprel 2016 11:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Qaragüvəndikli kəndində kənd sakini Şahid Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə velosipedlə hərəkətdə olan həmyerliləri Ağabala Gülmalıyevi və Xaləddin Nuriyevi vurub. Hər iki velosipedçi xəstəxanaya yerləşdirilib. A.Gülmalıyev isə orada ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR