Gürcüstan-ABŞ hərbi təlimləri başa çatıb

Gürcüstan-ABŞ hərbi təlimləri başa çatıb
# 24 may 2016 16:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Gürcüstanın Vaziani poliqonunda "Noble Partner-2016" adlı birgə Gürcüstan-ABŞ hərbi təlimləri başa çatıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, son təlimlərdə Gürcüstan müdafiə naziri,Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ABŞ və NATO-nun yüksək çinli məmurları, ABŞ, Böyük Britaniyanın sərfirləri, Gürcüstan prezidentinin məsləhətçisi iştirak ediblər.

Sonda təlim iştirakçıları mükafatlandırılıb.

Qeyd edək ki, "Noble Partner 2016" təlimləri artıq ikinci dəfədir keçirilir. Məqsəd gürcü hərbi birləşmələrinin NATO standartlarına uyğun hazırlıq səviyyəsinin yüksəldilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR