Lənkəranda minik maşını yük avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var

Lənkəranda minik maşını yük avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var
# 30 noyabr 2015 11:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, noyabrın 30-da günorta saatlarında rayonun Siyavar kəndində şəxsiyyəti hələlik məlum olmayan sürücülərin idarə etdiyi “Mercedes” markalı, 10 VN 098 dövlət nömrə nişanlı minik avtomobillə “Ford” markalı, H 023103 tranzit nömrə nişanlı kiçik tutumlu yük maşını toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb, həmçinin üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, “Mercedes”in sürücüsünün həyatını xilas etməm mümkün olmayıb. O, ağır xəsarətlərdən xəstəxanada ölüb. “Ford”un sürücüsünün və sərnişininin vəziyyəti isə ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR