Firudin Sinirlioğlu: “Türkiyə BTC və TANAP layihələrinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür”

Firudin Sinirlioğlu: “Türkiyə BTC və TANAP layihələrinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür”
# 16 sentyabr 2015 12:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu deyib. Onun sözlərinə görə, bu məsələ sərhədləri aşır: “Hər yerdə, hər kəsə qarşısında meydan oxuyur. Türkiyə terrorçuluğa qarşı uzun illərdir, mübarizə aparır, bu mübarizəni təkidlə davam etdirir. Terrorçuların Türkiyədə önəmli iqtisadi layihələr də daxil olmaqla, bütün layihələri hədəfə götürəcəyi ehtimalı var. Bu təhlükə bütün sahələrdə mövcuddur. Türkiyə də vətəndaşlarını qorumaq, təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görür. Bakı-Tbilisi-Ceyhan neft boru xətti və TANAP kimi Türkiyədən keçən layihələrin təhlükəsizliyi çox önəmlidir. Bunun üçün hər cür təhlükəsizlik tədbirləri görürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR