Goranboy rayonunda yanğın baş verib

Goranboy rayonunda yanğın baş verib
# 09 noyabr 2015 07:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Goranboy rayonunda yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 312 kvadrat metr olan ikimərtəbəli inzibati binanın çardağının yanar konstruksiyaları 0,5 kvadrat metr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR