Şəkidə iki uşağı it dişləyib

Şəkidə iki uşağı it dişləyib
# 08 noyabr 2015 18:44 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə iki uşağı it dişləyib.


Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın yerli bürosuna verilən məlumata görə, noyabrın 8-də günorta saatlarında Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Nihad Müslüm oğlu Hümbətov və rayonun Baş Göynük kənd sakini, 2008-ci il təvəllüdlü Fərid Fərahim oğlu Səfərov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.

Həkim müayinəsi zamanı N. Hümbətova sağ sarğının, F. Səfərova isə sol biləyin və sol bel-oma nahiyəsinin it dişləməsi diaqnozu qoyulub.

Hər iki azyaşlı xəstəxanada quduzluq əleyhinə peyvənd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR