DSMF: 9 ay ərzində pensiya və müavinətlər qrafikdən əvvəl maliyyələşdirilib

DSMF: 9 ay ərzində pensiya və müavinətlər qrafikdən əvvəl maliyyələşdirilib
# 13 oktyabr 2015 07:31 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə ödənişlərin məbləği 2 mlrd. 152,9 mln. manat təşkil edib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, əhaliyə ödənişlərin 97,5%-i və yaxud 2 mlrd. 98,2 mln. manatı əmək pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 54,7 mln. manat təşkil etməklə əhaliyə ödənişlərin 2,5%-i həcmində olub.

Əldə edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə pensiya və müavinətlərin ödənişinin hər ay qrafikdən əvvəl reallaşdırılması təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR