Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda növbəti 4 il üçün avtomobil benzinin istehsalı ilə bağlı proqnozlar açıqlanıb.
“APA-Economics”un məlumatına görə, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin zərfində əks olunan proqnoza görə, 2016-cı ildə Azərbaycanda 1 344,1 min ton benzin istehsal ediləcək ki, bu da 2015-ci illə müqayisədə 2,99% çoxdur.
Proqnoza görə, 2016-cı illə müqayisədə 2017-ci ildə 2,88% çox, yəni 1 384,0 min ton avtomobil benzini istehsal ediləcək.
2018-ci ildə Azərbaycanda 1 513,9 min ton avtomobil benzinin istehsalı proqnozlaşdırılıb ki, bu da 2017-ci ildəkindən 9,38% çoxdur.
2019-cu ildə isə 2018-ci ildə olduğu kimi 1 513,9 min ton avtomobil benzinin istehsal edilməsi gözlənilir.