“Kapital Bank” “Ürəyindən keçənlər üçün” adlı aksiyaya başlayıb

“Kapital Bank” “Ürəyindən keçənlər üçün” adlı aksiyaya başlayıb
# 25 avqust 2016 10:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Kapital Bank müştərilərə “Ürəyindən keçənlər üçün” adlı aksiyanı təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, şərtlərə görə ayda cəmi 79 manat ödəməklə, 2000 manat nağd pul krediti almaq olar.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR