Azərbaycan səfiri Afrika İttifaqının komissarı ilə görüşüb

Azərbaycan səfiri Afrika İttifaqının komissarı ilə görüşüb
# 11 fevral 2016 08:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Antoni Motae Marupinqlə görüşüb.

Ölkəmizin Efiopiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri barədə məlumat verən səfir E. Abdullayev ölkəmizin regionun liderinə çevrildiyini diqqətə çatdırıb.

Diplomat ölkəmizin bir çox sahələrdə böyük uğurlara imza atdığını vurğulayıb.

A. Marupinq isə Azərbaycanın qazandığı uğurları dəyərləndirdiyini bildirərək, Afrika İttifaqının ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğulayıb. O, Afrika İttifaqının fəaliyyət planı hesab edilən “Agenda 2063” haqqında ətraflı məlumat verib və həmin fəaliyyət planının həyata keçirilməsi zamanı Azərbaycanın zəngin təcrübəsinin nəzərə alınmasının vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR