Filippində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb

Filippində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb
# 03 sentyabr 2016 02:28 (UTC +04:00)

Bakı-APA. Filippində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilirdi.

Ölkə prezidenti Rodriqo Duterte partlayışın terror aktı olduğunu bildirib. Partlayış ötən gün Davao şəhərindəki bazarın yaxınlığında törədilib. Davao paytaxt Maniladan sonra Filippinin ikinci ən iri şəhəridir. Rodriqo Duterte prezident seçilməmişdən əvvəl 22 ildən çox adıçəkilən şəhərin meri olub.

Qeyd edək ki, Filippində "Əl Qaidə"nin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması 20 ildir ki, fəaliyyət göstərir. 2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR