Ötən il Azərbaycanda qaz hasilatı 2%-dən çox azalıb

Ötən il Azərbaycanda qaz hasilatı 2%-dən çox azalıb
# 01 fevral 2016 12:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayında SOCAR tərəfindən 548 min kubmetr qaz hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni ayı ilə müqayisədə 4,11% çoxdur. Ötən ilin noyabr ayı ilə müqayisədə isə SOCAR-ın qaz hasilatı 3,38% azdır.

2015-ci ildə SOCAR tərəfindən ümumilikdə 6 871,4 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü illə müqayisədə 4,86% azdır.

Ötən ilin dekabr ayında bütün ölkə üzrə 2 461 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 8,11% çoxdur. Ötən ilin noyabr ayı ilə müqayisədə isə bu rəqəm 2,11% azdır.

2015-ci ildə bütün ölkə üzrə ümumilikdə 28 977 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü illə müqayisədə 2,16% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR