Türkiyə səfirliyi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib

Türkiyə səfirliyi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib
# 11 yanvar 2016 09:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyənin Azərbaycandakı səfirliyi xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə APA-ya səfirlikdən bildirilib. “Azərbaycanın yetişdirdiyi məşhur xalq şairi Zəlimxan Yaqubun ölüm xəbərini eşitdik. Ona Allahdan rəhmət, ailəsinə, sevənlərinə və Azərbaycan xalqına başsağlığı diləyirik”, - deyə başsağlığı mesajında qeyd olunur.

Xatırladaq ki, yanvarın 9-da Azərbaycan xalq şairi Zəlimxan Yaqub dünyasının dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR