Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax mənzilinin yenidənqurmadan sonra açılışında iştirak edib

Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax mənzilinin yenidənqurmadan sonra açılışında iştirak edib
# 29 aprel 2016 12:24 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

APA-nın məlumatına görə, bu yolun əsaslı şəkildə yenidən qurulmasına prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martında başlanılıb

Dövlət başçısına məlumat verilib ki, ölkəmizin regionlarını birləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olub. Yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən keçməsidir. Buna görə yol boyu geniş bərkitmə və torpaq işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR