Nardaran hadisələrində ölənlərin cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi gözlənilir

Nardaran hadisələrində ölənlərin cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi gözlənilir
# 27 noyabr 2015 18:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Hazırda Nardaran qəsəbəsində sakitlikdir.

APA-nın qəsəbədə olan əməkdaşının verdiyi məlumata görə, qəsəbə sakinləri mərkəzi meydanda bir neçə tonqal qalayaraq, ətrafında toplaşıblar.

Kənd ağsaqqallarından olan Natiq Kərimov bildirib ki, insident zamanı ölmüş şəxslərin cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi gözlənilir: "Bir az əvvələ qədər cənazələrin bu gün veriləcəyi gözlənilirdi. İndi isə bildirdilər ki, hələ ekspertiza davam edir".

Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada 14 nəfərin saxlanıldığı da bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR