"Nar" "Hədiyyə yağışı" lotereyası keçirir

"Nar" "Hədiyyə yağışı" lotereyası keçirir
# 14 dekabr 2015 10:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” daha bir kampaniyaya start verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, mobil operator tərəfindən elan edilmiş yeni kampaniyanın qaydalarına əsasən, artıq öz balansını ən az 3 AZN dəyərində artırmış bütün abunəçilər heç bir əlavə ödəniş etmədən, avtomatik olaraq lotereya iştirakçılarına çevrilir və hər həftə “iPhone 6” smartfonu qazanmaq fürsəti əldə edirlər. Bundan əlavə, balansını ən az 5 AZN dəyərində artırmış olan abunəçilər əsas uduşu – 2016-cı ilin mart ayında oynanılacaq 15000 AZN məbləğindəki pul mükafatını qazanmaq imkanı əldə edirlər.

Qeyd edək ki, abunəçilər hesab.az portalında qeydiyyatdan keçərək, balanslarını bu resurs vasitəsilə də artıra bilir və portaldan qazandıqları əlavə bonus xalların müqabilində hədiyyələr əldə edirlər.

Lotereya barədə əlavə məlumatı “Nar” mobil operatorunun internet səhifəsindən öyrənmək mümkündür: www.nar.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR