Bakıda və Göygöldə meyit tapılıb

Bakıda və Göygöldə meyit tapılıb
# 10 oktyabr 2015 10:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda və Göygöldə meyit tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 9-da Quşqara çayının Göygöl rayonunun Yalqışlaq kəndi ərazisindən keçən hissəsində Qızılca kənd sakini Natiq Nəbiyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.

Elə həmin gün Bakının Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qalina İsmayılovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR