Elmar Məmmədyarov: “İlin sonunadək Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin daha bir görüşü keçiriləcək”

Elmar Məmmədyarov: “İlin sonunadək Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin daha bir görüşü keçiriləcək”
# 27 noyabr 2015 09:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inşasının uğurla həyata keçirildiyini deyən E. Məmmədyarov ilin sonunadək 3 ölkənin xarici işlər nazirlərinin görüşünün təşkili barədə razılığın əldə olunduğunu bildirib.

“İqlim şəraiti yaxşı olsa, tikinti aparılan yerə də gedəcəyik. İnanırıq ki, çox önəmli olan bu dəmir yolu xətti bu il olmasa da, gələn il fəaliyyətə başlayacaq. Əminəm ki, bu xətt Azərbaycan-Türkiyə əməkdaşlığını yeni müstəviyə çıxaracaq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR