Xudatda 80 yaşlı qadın boğazı kəsilərək qətlə yetirilib

Xudatda 80 yaşlı qadın boğazı kəsilərək qətlə yetirilib
# 05 may 2016 18:32 (UTC +04:00)

Xudat. Vəli Turan-APA. Xudat şəhərində qətl hadisəsi baş verib. APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Xudat şəhəri Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızını boğazını kəsərək qətlə yetirib.

Hadisəni törədən Şıxverdiyev Rafiq Məhəmməd oğlu Xudat şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR