Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 17 iyun 2016 09:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir ölümlə nəticələnən yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 16-da saat 20.00 radələrində Sabunçu qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Samir Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Camiddin Novruzovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR