ABŞ səfiri: “Gürcüstan şəffaf enerji siyasəti yeritməlidir”

ABŞ səfiri: “Gürcüstan şəffaf enerji siyasəti yeritməlidir”
# 18 yanvar 2016 09:28 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Gürcüstan hakimiyyəti şəffaf enerji siyasəti yeritməlidir".

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli jurnalistlərə açıqlamasında bildirib.

“Hökumətin enerji siyasəti sahəsində şəffaf olması həmişə vacibdir. Gürcüstanın qısamüddətli enerji ehtiyatı var. Hesab edirəm ki, potensial enerji mənbəyi axtarışında olmaq uzaqgörən addımdır. Əlbəttə, biz Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən narahatıq. Halbuki Gürcüstan hökumətinin bu çağırışları anlaşdığını düşünürəm”, - deyə diplomat qeyd edib.

Qeyd edək ki, Gürcüstanın illik qaz istehlakı 2,5 milyard kubmetr təşkil edir. Qazın böyük qismini Azərbaycandan, qalan qismi isə Rusiyadan alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR