İFC: Sahibkarların daşınar əmlakının girov kimi qəbul olunmaması onların maliyyə resurslarına çıxışını məhdudlaşdırır - FOTO

İFC: Sahibkarların daşınar əmlakının girov kimi qəbul olunmaması onların maliyyə resurslarına çıxışını məhdudlaşdırır - <span style="color: red;">FOTO
# 24 noyabr 2015 07:54 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, konfransın məqsədi islahatın cari vəziyyəti, islahatın iqtisadiyyata təsiri və ölkənin “Doing Business” tədqiqatlarında reytinqinin artırılması potensialını müzakirə etməkdir.

İFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova deyib ki, kiçik və orta sahibkarların malik olduğu daşınar əmlakın girov kimi qəbul olunmaması onların maliyyə resurslarına çıxışını məhdudlaşdırır. Onun sözlərinə görə, kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışı üçün daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə sahəsində islahatları zəruri edir. A. Əzimova qeyd edib ki, İFC bu sahədə islahatlara dəstək verməyə hazırdır.

“Bu gün Azərbaycanda kreditləşmə əsasən torpaq və mənzil kimi daşınmaz əmlak təminatı əsasında həyata keçirilir. Bu hal təminat kimi təklif edilməli olan daşınmaz əmlaka malik olmayan kiçik sahibkarlar üçün mühüm maneədir. Təminat kimi Azərbaycanda geniş istifadə edilməyən daşınar əmlak bir qayda olaraq daha likviddir və maliyyə məlumatlarının zəif olması halında belə maliyyə resurslarına çıxış imkanlarını artıra bilər”, - deyə konfransda bildirilib.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, bəzən maliyyə resurslarına çıxışın məhdud olması bir fakt kimi irəli sürülür: “Əslində Azərbaycanda bank sektoru bütün bölgələri əhatə etməyə və lazımı infrastruktura malikdir. Çox təəssüf ki, bəzi hallarda qanunvericilik bazası buna imkan vermir. Buna görə də müvafiq qanun layihələrinə dəyişikliklər edilməlidir”.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin regional direktorunun müavini Simone Haeberli isə qeyd edib ki, ölkəsində kiçik və orta sahibkarlar ÜDM-ə böyük dəstək verirlər: “Azərbaycanda isə kiçik və orta sahibkarların ÜDM-də payı olduqca azdır. Bunun əsas səbəbi isə onların maliyyə resurslarına çıxış imkanlarının az olması ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR