Şəmkirdə bıçaqlanma olub - VİDEO

Şəmkirdə bıçaqlanma olub - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2015 08:32 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakini bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əliyaqublu kənd sakini, 1981-ci il təvəllüdlü Rəşad Məmmədov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. R. Məmmədovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR