İker Kasilyas milli komandada keçirdiyi oyunların sayına görə yeni Avropa rekorduna imza atıb

İker Kasilyas milli komandada keçirdiyi oyunların sayına görə yeni Avropa rekorduna imza atıb
# 27 mart 2016 23:21 (UTC +04:00)

Bakı-APA. Rumınya – İspaniya yoldaşlıq matçında start heyətində yer alan qapıçı İker Kasilyas bu oyunla rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, milli komandada 166-cı dəfə forma şansı qazanan 34 yaşlı qapıçı Avropada bu göstəricidə hər kəsi qabaqlayıb.

İspaniyalı “qolkiper” Latviya millisi ilə 165 matça çıxmış Vitali Astafyevi geridə qoyaraq rekorda tək sahib çıxıb.

Maraqlıdı ki, dünya üzrə bu sıralamada İker 6-cı pillədə qərarlaşıb. Birincilik isə 184 oyunla Misirli Ahmet Hassana aiddi.

Qeyd edək ki, Rumıniya-İspaniya matçı 0:0 hesabı ilə bitib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR