"Accessbank"ın səhmdarı dünyanın ən təhlükəsiz bankı seçilib

"Accessbank"ın səhmdarı dünyanın ən təhlükəsiz bankı seçilib
# 22 sentyabr 2016 08:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünyanın 50 ən təhlükəsiz bankının adı açıqlanıb.

"APA-Economics" xəbər verir ki, "Brexit" və Avropadakı dəyişkən iqtisadi şəraitə baxmayaraq, "köhnə qitən"in bankları reytinqin ilk onluğunda yer alıb.

Artıq beşinci ildir ki, Almaniyanın "KfW" bankı reytinqə liderlik edir. Qeyd edək ki, adıçəkilən bank Azərbaycan hökumətinin və özəl sektorun həyata keçirdiyi bir sıra layihələrin maliyyələşdirilməsində aktiv iştirak edir. Onu da əlavə edək ki, "KfW" "Accessbank" QSC-nin strateji səhmdarlarından biridir. Alman bankının "Accessbank"dakı səhm paketi 20%-dir.

Renkinqin ikinci və üçüncü yerlərini isə müvafiq olaraq İsveçrənin "Zürcher Kantonalbank"ı və Almaniyanın "Landwirtschaftliche Rentenbank" paylaşır. Kanadanın "Toronto-Dominion Bank"ı isə cədvəlik onuncu pilləsində öz mövqeyini qoruyub.

Ümumilikdə, reytinqdə Avropanı 28, Asiyanı 13, ABŞ-ı 8, Okeaniya ölkələrini isə 1 bank təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR