Masallıda mebel fabriki yanıb - YENİLƏNİB

Masallıda mebel fabriki yanıb - <span style="color: red;">YENİLƏNİB
# 20 avqust 2016 21:35 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda güclü yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Böyük Xocavar kəndindəki mebel fabrikində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğın lokallaşdırılmaqla onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 2230 m2 olan birmərtəbəli fabrikin istehsalat və rəngləmə sexlərində mebel məmulatları və çardağının yanar konstruksiyaları 825 m2 sahədə yanaraq sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

***** 16.09

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Masallı rayonu, Böyük Xocavar kəndində mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR