Çilinin “Cambio21” xəbər portalında Azərbaycanla bağlı məqalə dərc olunub

Çilinin “Cambio21” xəbər portalında Azərbaycanla bağlı məqalə dərc olunub
# 11 avqust 2016 11:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Çilinin “Cambio21” xəbər portalında jurnalist Markos Borkoskinin Azərbaycanla bağlı məqaləsi dərc olunub.

APA-nın məlumatına görə, “Azərbaycan: Dini Birgəyaşayışın Oazisi” adlı məqaləsində jurnalist Azərbaycanı islam, roman katolik, ortodoks katolik və yəhudi dinlərinə etiqad edənlərin qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkə adlandırıb.

O qeyd edib ki, planetdə günahsız insanların dini müxtəlifliyə görə müharibə girdabına düşdüyü bir zamanda Azərbaycan dini ayrı-seçkilikdən uzaq, insanların sülh içərisində birgəyaşayışının var olduğu və real olduğu bir ölkədir: “Azərbaycanda müxtəlif dinlər arasında birgəyaşayışın olması həqiqətdir. Ora elə bir ölkədir ki, orada həm məscidlər, həm ortodoks və roman katolik kilsələr, həm də müxtəlif sinaqoqlar mövcuddur. Bu ölkədə müsəlman din xadiminin, katolik rahibin və yəhudi ravvinin yolda qarşılaşarkən bir-birini salamladığını, hətta bəzən ayaq saxlayıb söhbət etdiklərini tez-tez görmək mümkündür”.

Müəllif bildirib ki, Azərbaycan müxtəlif etnik və dinlərin vəhdətdə olduğu, dövlət siyasətinin tolerantlıq, etnik və dini qrupların ənənəvi harmonik şəkildə birgəyaşayışı ruhunda hazırlanıb həyata keçirildiyi bir ölkədir: “Etnik mənsubiyyətindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyi prinsipi qorunur. Bu, Azərbaycanda bir qanundur. Ümumiyyətlə, Amerika ölkələri olaraq biz yeni bir dünyayıq. Minillik mədəniyyətə malik Azərbaycan kimi ölkələr isə dünyanın başqa bir hissəsində yerləşir. Xüsusilə, bugünkü dünyamızın hörmət və tolerantlığa ən çox ehtiyac duyduğu bir zamanda sözsüz ki, xüsusilə, etnik kimliyə, dinə və dilə hörmət, onların qanun qarşısında bərabərliyi baxımından öyrənəcəyimiz çox şey var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR