Yozef Blatter: “İstefa vermədiyimə görə peşmanam”

Yozef Blatter: “İstefa vermədiyimə görə peşmanam”
# 22 dekabr 2015 03:55 (UTC +04:00)

Bakı-APA. "2014-cü ildə istefa vermədiyimə görə çox peşmanam".

APA-nın Sky News-a istinadən verdiyi məlumata görə, bu barədə FİFA-nın prezidenti Yozef Blatter deyib.

“Mən kifayət qədər müdrik olmalı, 2014-cü il Dünya Çempionatından sonra istefa verməli idim”, deyə Y.Blatter bildirib.

Xatırladaq ki, dekabrın 21-də adı rüşvət qalmaqalında hallanan FİFA prezidenti 8 il müddətinə futboldan kənarlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası onun hər hansı futbol sahəsi ilə məşğul olmasına qadağa qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR