FHN cənub bölgəsində leysan yağışları nəticəsində yaranan problemlərlə bağlı məlumat yayıb - VİDEO

FHN cənub bölgəsində leysan yağışları nəticəsində yaranan problemlərlə bağlı məlumat yayıb - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2015 14:18 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) cənub bölgəsində əlverişsiz hava şəraiti ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına dair məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, FHN-in Cənub Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi çökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb.

Hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR