Misirdə təyyarə qəzasında ölənlərdən dördü Ukrayna vətəndaşıdır

Misirdə təyyarə qəzasında ölənlərdən dördü Ukrayna vətəndaşıdır
# 31 oktyabr 2015 19:57 (UTC +04:00)

Bakı-APA. Misirdə Rusiyaya məxsus “Airbus 321” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərdən dördü Ukrayna vətəndaşıdır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın XİN rəhbəri Pavel Klimkin bildirib.

“İnsanların ölümü ağırdır. Həmvətənlərin ölümü ikiqat ağırdır. Təyyarədə 4 Ukrayna vətəndaşı olub. Bunlar V.Saçuk, L.Movçanov, İ.Usatova və K.Usatovdur”, deyə o bildirib.

Bundan əvvəl ölənlər arasında 3 Ukrayna vətəndaşı olduğu bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR