Balakəndə 2 otaqlı ev, Lənkəranda isə “VAZ“ markalı maşın yanıb

Balakəndə 2 otaqlı ev, Lənkəranda isə “VAZ“ markalı maşın yanıb
# 14 fevral 2016 02:50 (UTC +04:00)

Bakı-APA. Ötən gecə iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Balakən rayonu, Gülüzanbinə kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Lənkəran rayonu, Boladi kəndində sahibi məlum olmayan “VAZ“ markalı minik avtomobili yanıb. Ətrafdakı ağaclar yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR