Lənkəranda keçmiş məhkum həmkəndlisini güllələyib - YENİLƏNİB-1 - VİDEO

Lənkəranda keçmiş məhkum həmkəndlisini güllələyib - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">VİDEO
# 21 oktyabr 2015 08:17 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda keçmiş məhkumun həmkəndlisini odlu silahla qətlə yetirdiyi məlum olub.

APA-nın cənub bürosunun xəbərinə görə, Girdəni kənd sakini, əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Zahir Fərman oğlu Əsgərovun həmkəndlisi, 1975-ci il təvəllüdlü Müşfiq Məzahir oğlu Abdullayevə atəş açdığı odlu silah maddi sübut kimi götürülüb.

Qeyd edək ki, ilkin məlumatda qətlin bıçaqla törədildiyi açıqlanıb. M. Abdullayevin bir neçə bıçaq zərbəsi ilə öldürüldüyü bildirilib.

Qətlin motivləri barədə məlumat verilmir.

***

22:34

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda qətl hadisəsi baş verib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumatına görə, hadisə oktyabrın 20-də saat 21.00 radələrində rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Zahir Fərman oğlu Əsgərov şəxsi münaqişə zəminində yaxın tanışı və həmkəndlisi olan 1975-ci il təvəllüdlü Müşfiq Məzahir oğlu Abdullayevə bədəninin müxtəlif nahiyələrində bir neçə bıçaq zərbəsi endirməklə onu qətlə yetirib.

Hadisəni törətmiş Z.Əsgərov könüllü hüquq mühafizə orqanlarına təslim olub. M.Abdullayevin meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Qətlin motivləri barədə hələlik hər hansı bir məlumat verilmir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Qətlin motivləri barədə hələlik hər hansı bir məlumat verilmir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR