ABŞ hökuməti İtaliyada terror baş verə biləcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib

ABŞ hökuməti İtaliyada terror baş verə biləcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib
# 19 noyabr 2015 12:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ Dövlət Departamenti İtaliya və Vatikanda terror aktlarının baş verə biləcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, ekstremistlərin hücum edə biləcəyi yerlər kimi Müqəddəs Pyotr Kilsəsi, Milan Kilsəsi və “La Skala” opera teatrının adı çəkilib. Digər kilsə, sinaqoq, restoran, otel və teatrlara da hücumlar istisna olunmur.

ABŞ-ın Romadakı səfirliyi İtaliyada yaşayan ABŞ vətəndaşlarına da terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib. “Terrrorçu qruplaşmalar Parisdəki terror aktları zamanı istifadə etdikləri üsullara əl ata bilərlər. İtaliya hökuməti bu təhdidlər barədə məlumatlandırılıb”, - deyə xəbərdarlıq mesajında deyilir. Səfirlik vətəndaşlarını ayıq-sayıq olmaya səsləyib.

Parisdə baş verən terror aktından sonra İtaliya rəhbərliyi Romada təhlükəsizliyi təmin etmək üçün küçələrə 700 əsgər çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR