Türkiyədə ana müxalifət partiyasını deputatı FETÖ-yə dəstək ittihamı ilə  mühakimə olunacaq

Türkiyədə ana müxalifət partiyasını deputatı FETÖ-yə dəstək ittihamı ilə  mühakimə olunacaq
# 21 avqust 2016 13:45 (UTC +04:00)

Bakı-APA. Türkiyədə ana müxalifət partiyasını deputatı Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək və casusluq ittihamı mühakimə olunacaq.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Enis Berberoğlu 2015-ci il mayın 27-də jurnalist Can Dündara bir flaş-disk çatdırıb.

Həmin flaş-diskdə Milli Kəşfiyyat Təşkilatın Suriyadakı türkmənlərə yardım aparan yük maşınlarının jandarma tərəfindən saxlanılmasına dair görüntülər olub. Həmin görüntülər sonradan “Cümhuriyyət’ qəzetində yayımlanıb. Bununla əlaqədar casusluq ittihamı ilə həbs edilən C. Dündar Həbs edildik adlı kitabında flaş-diski solçu bir millət vəkilindən aldığını yazıb. C. Dündarın telefon danışıqları araşdırılıb və flaş-diskin E. Berberoğlu tərəfindən ona verildiyi müəyyənləşdirilib.

Türkiyədə deputat toxunulmazlıqlarının qaldırılması ilə əlaqədar polis iddianaməni İstanbul Baş Prokurorluğuna təqdim edib. İddianamədə E. Berberoğlunun flaş-diski nə vaxt və kimdən əldə etməsinin bilinmədiyini qeyd edilib. E. Berberoğlu İstanbul 14-cü Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR